Sosial şəbəkədə biz:
Azərbaycan sənayesi geriləyib
Xəbər Şəkli

Azərbaycan sənayesi geriləyib

15 October 2025, 08:18
İqtisadiyyat

Azərbaycan sənayesində 1 faizlik azalma var.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, oktyabrın 14-də yaydığı məlumatda bildirilir.

Qurum vurğulayır ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-sentyabrında 47.3 milyard manatlıq məhsul istehsal ediblər. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azdır: "Neft-qaz sektorunda məhsul istehsalı 1.9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4.8 faiz artıb".

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4.6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 2.8 faiz artıb.

Halbuki, ötən il Azərbaycanda sənayedə 1.1 faiz artım olmuşdu.

Azərbaycan sənayenin inkişaf durumuna görə hətta bir çox MDB ölkələrindən geridə qalır.

Müstəqil iqtisadçılar deyirlər ki, Azərbaycan sənayesi, əsasən, neftdən asılıdır. (Sənaye məhsulunun 60.9 faizi mədənçıxarma sektorunun payına düşür) Neft hasilatının azalması sənaye istehsalında azalmanı qaçılmaz edir.