Sosial şəbəkədə biz:
Azərbaycanda problemli kreditlərdə artım 25 faizə yaxınlaşır
Xəbər Şəkli

Azərbaycanda problemli kreditlərdə artım 25 faizə yaxınlaşır

26 December 2025, 08:15
İqtisadiyyat

2025-ci il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557.6 milyon manat təşkil edib.

Mərkəzi Bankın bu gün, dekabrın 25-də yaydığı məlumata görə, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 24.2 faiz və ya 108.5 milyon manat çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son bir ayda isə 2.35 faiz artıb.

Ekspertlər deyir ki, problemli kreditlərin artması sırf bahalaşmadan və əhalinin güzəranının ağırlaşmasından irəli gəlir.

Hökumət rəsmiləri məsələni şərh etməyiblər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi.