Sosial şəbəkədə biz:
"Azərbaycandakı turist sayı Gürcüstandakı turist sayından dörd dəfə aşağıdır, bu, ciddi problemdir"
Xəbər Şəkli

"Azərbaycandakı turist sayı Gürcüstandakı turist sayından dörd dəfə aşağıdır, bu, ciddi problemdir"

19 July 2025, 13:19
İqtisadiyyat

“Azərbaycanda turizm inkişaf edir, ya etmir, turistlərin sayı artır, ya artmır? Son rəqəmlər göstərir ki, ölkəyə gələn turistlərin xərclədikləri vəsaitdə elə də ciddi artım müşahidə olunmur. Deməli, təkcə Dövlət Turizm Agentliyi deyil, turizmlə məşğul olan bütün dövlət və hökumət qurumları öz işinin öhdəsindən yetərincə gələ bilmir”.

 Bunu Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 “Nəticə bundan ibarətdir ki, Azərbaycandakı turist sayı, məsələn, Gürcüstandakı turist sayından dörd dəfə aşağıdır. Bu, ciddi problemdir və Azərbaycan turizm ölkəsi olmaq istəyirsə, məsələni həll etməlidir”, - o bildirib.