Sosial şəbəkədə biz:
Azərbaycanın valyuta ehtiyatları 77 mlrd. dolları ötdü
Xəbər Şəkli

Azərbaycanın valyuta ehtiyatları 77 mlrd. dolları ötdü

23 July 2025, 15:17
İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 9,4 faiz artaraq bu ilin ilk yarısında 77,4 mlrd. dollara bərabər olub.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, AMB-nin valyuta ehtiyatları 11,2 mlrd. dollara çatıb.

"Ölkənin strateji valyuta ehtiyatları 36 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir, bu isə kifayət qədər yüksək göstəricidir”- AMB sədri qeyd edib.