Sosial şəbəkədə biz:
“Azəriqaz”ın milyonlarla borcu yarandı
Xəbər Şəkli

“Azəriqaz”ın milyonlarla borcu yarandı

02 March 2026, 13:55
İqtisadiyyat

"Azəriqaz” İstehsalat Birliyinin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.

Bu barədə Qaynarinfo İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5171915.59 manat vergi borcu var.

Borcun hansı səbəblərdən yarandığını isə məlum deyil.

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovdur.