Sosial şəbəkədə biz:
Bu tarixdən elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq
Xəbər Şəkli

Bu tarixdən elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq

23 October 2025, 15:28
İqtisadiyyat

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026 yanvarın 1 dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.