Sosial şəbəkədə biz:
Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – SİYAHI
Xəbər Şəkli

Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – SİYAHI

27 October 2025, 08:13
İqtisadiyyat

Bu ilin ilk 3 rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən çox daşınmaz əmlak krediti verən bank dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) olub.
1 oktyabr 2025-ci il tarixinə ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi 1 milyard 527,6 milyon manat olub. ABB-nin daşınmaz əmlak kreditlərinin həcmi bu ilin 3-cü rübü ərzində 3,6% artıb.
İkinci sırada 597,6 milyon manat ilə “Kapital Bank” ASC yer alıb. “Kapital Bank”ın daşınmaz əmlak kreditləri son 3 ayda 0,8% azalıb.
Ən az daşınmaz əmlak krediti ayıran bank “AccessBank” olub. Bu bankın daşınmaz əmlak kreditlərinin həcmi cəmi 20,7 milyon manat təşkil edib. Lakin son 3 ayda daşınmaz əmlak kreditlərinin həcmini ən çox artıran bank da məhz “AccessBank” olub – bu bankda daşınmaz əmlak kreditləri 3-cü rüb ərzində 13,8% artıb.
Daşınmaz əmlak kreditləri ən çox azalan bank isə “Kapital Bank” olub.
Aşağıdakı cədvəldə bankların daşınmaz əmlak kreditlərinin həcmi və artım dinamikası göstərilib: