Sosial şəbəkədə biz:
Ermənistan Azərbaycana bunları satacaq- SİYAHI
Xəbər Şəkli

Ermənistan Azərbaycana bunları satacaq- SİYAHI

28 December 2025, 11:46
İqtisadiyyat

Ermənistandan Azərbaycana ixrac mümkündür. 

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan 28 dekabrda jurnalistlərə bildirib.

"Təkcə idxal deyil, həm də ixrac mümkündür. Sadəcə gözləyin, hər şey mümkündür. Biz Gürcüstan Dəmir Yollarından kifayət qədər rəqabətli qiymət aldıq, ona görə də bir çox imkanlar var. Düşünürəm ki, Gürcüstan və Azərbaycan tərəfləri tezliklə daha bir uğurlu müqavilə elan edəcəklər və biz bunu təsdiqləyəcəyik", - deyə nazir bildirib.

Ermənistanın Azərbaycana nə təklif edə biləcəyi ilə bağlı sualına Papoyan belə cavab verib:

"Malların siyahısı var: alüminium, heyvandarlıq məhsulları, meyvə-tərəvəz, bəzi içkilər və müxtəlif tekstil məhsulları. Beləliklə, iş gedir, danışıqlar aparılır".

“Cebheinfo.az”