Sosial şəbəkədə biz:
Ətin qiymətini dövlət tənzimləyəcək
Xəbər Şəkli

Ətin qiymətini dövlət tənzimləyəcək

31 July 2025, 15:58
İqtisadiyyat

Qırğızıstanda ət qiymətlərini ölkənin Kənd Təsərrüfatı Nazirliyi tənzimləyəcək.

Məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilir ki, qərar Nazirlər Kabineti sədrinin müavini - su təsərrüfatı, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Məlumata görə, dövlət tənzimləməsinin məqsədi ətin bahalaşmasının qarşısını almaq, mal-qaranın sərhəddən keçirilməsinə nəzarət etmək, mal-qaranın ixracına kəmiyyət məhdudiyyətləri qoymaqdır.

Nazirlik yanında Baytarlıq, Heyvandarlıq, Otlaq və Yem Təsərrüfatlarının İnkişafı Xidmətinə mal-qaranın daşınması ilə məşğul olan fərdi sahibkarlar üzərində baytarlıq-sanitariya nəzarətini gücləndirmək, sərhəd xidməti ilə birlikdə qaçaqmalçılıqla mübarizə sahəsində konkret tədbirlər görmək tapşırılıb.