Sosial şəbəkədə biz:
İranda müharibə Azərbaycanda balığın qiymətini bahalaşdırdı
Xəbər Şəkli

İranda müharibə Azərbaycanda balığın qiymətini bahalaşdırdı

09 March 2026, 09:25
İqtisadiyyat

Novruz bayramı ərəfəsində balıq bazarlarında ən çox tələb olunan balıqlardan biri kütümdür.


Satıcılar deyirlər ki, son günlər İranda baş verənlər fonunda Azərbaycana İrandan kütüm idxalı kəskin azalıb.


Onların sözlərinə görə, mövcud qıtlıq qiymətlərə də ciddi təsir edib. əvvəlki aylarda 10-15 manata təklif olunan kütüm indi 20-25 manata qədər bahalaşıb:


Kütüm balığı süni göllərdə yetişdirilmədiyi üçün bazar əsasən təbii ovdan asılıdır. Bu isə təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb olur. Bahalaşma digər balıq növlərində də hiss olunur. Xüsusilə forel balığı son günlər bazarlarda xeyli azalıb:


Satıcılar bildirirlər ki, xarici ölkələrdən balıq gəlişi davamlı olsa və ov həcmi artsa, bazarda qiymətlər tədricən sabitləşə bilər.//Xəzər TV