Sosial şəbəkədə biz:
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Xəbər Şəkli

Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi

22 June 2026, 16:14
İqtisadiyyat

Azərbaycanda təzə meyvə və tərəvəzlərin istehsalı və ixracatı sahəsində ixtisaslaşmış “Bestprod” MMC-nin (VÖEN – 7702438471) dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki ki, “Bestprod” MMC-nin 22 iyun 2026-cı il tarixinə olan vergi borcu 1 milyon 73 min 435 manat 65 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, 2020-ci ildə VÖEN alan “Bestprod” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Xaçmaz rayonu, Üçgünqışlaq kəndində yerləşən MMC-nin qanuni təmsilçisi Babayev Xəlil Əlimusa oğludur.