Sosial şəbəkədə biz:
Milli Lider qayıtdıqdan sonra iqtisadiyyatında müşahidə edilən tənəzzül aradan qadırıldı - DEPUTAT
Xəbər Şəkli

Milli Lider qayıtdıqdan sonra iqtisadiyyatında müşahidə edilən tənəzzül aradan qadırıldı - DEPUTAT

10 May 2026, 10:24
İqtisadiyyat

Bu gün Milli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Suverenliyimizin tam bərpasının banisi Milli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və şanlı ordumuz oldu.

Milli Lider yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı. Starteji baxış iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islaharlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədadlət və təmin sistemin formalaşması və gücləndirilməsi və eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımıar atıldı. Bu islahatlar starteji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.

Hazırda Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir. Bütün bunlar, cənab Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu.  27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir. 

Ümummilli Lideri dərin hörmət və minnətdarlıqla anırıq.

Vüqar Bayramov, millət vəkili