Sosial şəbəkədə biz:
Neft Fondu 70 milyard dolları harada saxlayır?
Xəbər Şəkli

Neft Fondu 70 milyard dolları harada saxlayır?

28 October 2025, 08:10
İqtisadiyyat

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin həcmi 70 milyard 162 milyon dollar təşkil edib.
Neft Fondunun investisiya portfelindəki vəsaitlərin 29,1%-i Avropa regionunda yerləşən ölkələrdə saxlanılır.
Qeyd edək ki, son bir il ərzində Avropada saxlanılan vəsaitlərin payı azalıb. Belə ki, ötən ilin oktybar ayının əvvəlinə olan göstəricilərə əsasən, investisiya portfelinin 30,1%-i Avropada yerləşirdi.
Avropadakı azalmaya paralel olaraq Şimali Amerikada saxlanılan vəsaitlərin payı da eyni dövrdə 33,1%-dən 24,8%-ə qədər azalıb. Asiya ölklərində saxlanılan vəsaitlər isə son bir ildə 10,8%-dən 8,5%-ə düşüb.
Əvəzində isə ARDNF-nin investisiya portfelində qızılın payı kəskin şəkildə artaraq 17,7%-dən 32,8%-ə yüksəlib ki, onlar da ölkə daxilində saxlanılır.
Yeniavaz