Sosial şəbəkədə biz:
Neft Fondunun gələn il üçün büdcəsi azalır
Xəbər Şəkli

Neft Fondunun gələn il üçün büdcəsi azalır

30 December 2025, 00:06
İqtisadiyyat

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ADNF) 2026-cı il büdcəsini təsdiqləyib.

Fondun büdcəsinin gəlirləri 13 milyard 32 milyon, xərcləri isə 13 milyard 16 milyon manat təşkil edib. Həm gəlirdə, həm də xərcdə azalma var – müvafiq olaraq, 9.8 faiz və 11 faiz.

Gələnilki xərclərin 12 milyard 835 milyon manatı Azərbaycanın 2026-cı il dövlət büdcəsinə transfertin payına düşür.