Sosial şəbəkədə biz:
Neftin qiymətinin 150 dollaradək yüksələcəyi proqnozlaşdırılır
Xəbər Şəkli

Neftin qiymətinin 150 dollaradək yüksələcəyi proqnozlaşdırılır

31 March 2026, 15:51
İqtisadiyyat

Hörmüz boğazının daha bir ay müddətinə faktiki olaraq blokadaya alınması Brent markalı neftin qiymətlərini bir barel üçün 150 dollara qədər yüksəldə bilər.

Bu fikri Amerikanın "JP Morgan" bankının baş iqtisadçısı Bryus Kasman "The Times" qəzetinə bildirib.

"Kanalın daha bir ay bağlı qalması ssenarisi neftin qiymətlərinin bir barel üçün 150 dollara qədər yüksəlməsinə və sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatında çətinliklərə səbəb ola bilər", - deyə o qeyd edib.

Martın 30-da Londonun ICE birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 115 dolları keçsə də, daha sonra bir barel üçün 112,78 dollara düşüb.