Sosial şəbəkədə biz:
Qadın sahibkarlığının dəstəklənməsi əsas prioritetləri sırasındadır
Xəbər Şəkli

Qadın sahibkarlığının dəstəklənməsi əsas prioritetləri sırasındadır

26 May 2026, 10:56
İqtisadiyyat

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi tərəfindən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində “Housing Inclusion and Resilient Communities in Post-Conflict Territories” (Münaqişədən sonrakı ərazilərdə mənzil təminatı və davamlı icmalar) mövzusunda dünən təşkil edilən tədbirdə şəhərsalmada qadın sahibkarlığın inkişafı məsələlərinə toxunduq: "Şəhərsalma yalnız texniki və infrastruktur məsələsi deyil, həm də gender bərabərliyi və inklüzivliyi nəzərə alan strateji yanaşmadır. Qadın sahibkarlığının dəstəklənməsi və inklüziv inkişaf şəhərsalma siyasətinin əsas prioritetləri sırasındadır. Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mini ötür və onlar ölkədəki fərdi sahibkarların təxminən 25 faizini təşkil edir. Qadın sahibkarların təxminən 30 faizi paytaxt Bakı şəhərində qeydiyyatdan keçib. Qlobal miqyasda təxminən 274 milyon qadın sahibkar biznes fəaliyyəti ilə məşğuldur və startapların yaranma tempi əsasən kapitala, istedadlı kadrlara və resurslara çıxışın cəmləşdiyi şəhər mərkəzlərində daha yüksəkdir. Dünyada qadın sahibkarların 70 faizdən çoxu iri şəhərlərdə fəaliyyət göstərir. Avropa ölkələrində qadınlar tərəfindən qurulan startapların 70–80 faizi öz fəaliyyətini dayanıqlı şəhər startap ekosistemlərində qurur". 

Vüqar Bayramov, millət vəkili