Sosial şəbəkədə biz:

Qırğızstana hansı məhsulları satırıq və nələr alırıq? - DEPUTAT

Qırğızstana hansı məhsulları satırıq və nələr alırıq? - DEPUTAT
Xəbər Şəkli
31 July 2026, 14:48
İqtisadiyyat

Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarlnda iqtisadi əlaqələrin daha da gücləndirilməsi məsələlərinə də xüsusi yer ayrıldı. Qeyd olunduğu kimi, ölkələr arasında iqtisadi əməkdaşlığın həm enerji, həm neftdən kənar sektorlar üzrə genişləndirmək üçün böyük potensial var.

2026-cı ilin ilk 6 ayında Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi  28 milyon 973 min dollar olub. Həmin dövrdə Azərbaycandan Qırğızıstana 25 milyon 572 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Qırğızıstandan Azərbaycana idxalın həcmi isə 3 milyon 401 min ABŞ dolları olub. 

Bəs, Qırğızstana hansı məhsulları satırıq və nələr alırıq?

Bu ilin ilk yarısında Azərbaycan Qırğızıstan ilə ticarətdə 22.2 milyon dollarlıq müsbət saldoya malik olub. Azərbaycan Qırğızstana dəyəri 11 milyon 960 min dollar olan 24 ədəd minik avtomobili satıb. Söhbət mühərrikinin həcmi 3000 kub sm-dən çox olan, daxili yanma mühərrikli nəqliyyat vasitələrindən gedir. Bundan başqa, Azərbaycan Qırğızstana şəkər (3 milyon 464 min dollar),  tütün (1 milyon 503 min dollar), nasos-kompressor boruları (823 min dollar), mürəkkəb poliefirlər əsasında susuz mühitdə həll edilmiş lak və boyaq maddələri (529 min dollar),  1000 V-dan çox olmayan gərginlikli elektrik cərəyanının bölüşdürülməsi üçün avadanlıqlar (268 min dollar), bitkidən hasil olan yağlar (284 min dollar) və digər məhsulları ixrac edib.

Qırğızstandan idxala gəldikdə isə qabığı təmizlənmiş yunan qozu  (2 milyon 509 min dollar), makaron məmulatları (157 min dollar), parça (137 min dollar) və digər məhsullar xüsusi paya malikdir. Bu ilk 5 ayında ölkələr arasında mübadilə edilən məhsul növlərinin sayı 151 olub.

Göründüyü kimi, Azərbaycanın Qırğızstana ixracatı çoxşaxəli olsa da belə ticarət dövriyyəsinin həcminin artırılması imkanları daha böyükdür. Bununla yanaşı, həm iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, həm də idxal və ixrac məhsullarının sayının artırılması üçün böyük potensial var. Cənab Prezidentin dövlət səfəri həmin potensialdan daha səmərəli istifadə olunmasına imkan yaradacaq.

Vüqar Bayramov, millət vəkili