Serbiya ilə ticarət dövriyyəsində Azərbaycanın 106.6 milyon dollarlıq müsbət saldosu var.
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdədir. Azərbaycan Prezidentinin səfəri, Azərbaycanla Serbiya eləcə də, Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi-enerji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq.
İki dövlət arasındakı dostluq münasibətləri qarşılıqlı ticarət dövriyyəsinə də təsirsiz ötüşməyib. 2025-ci ildə Azərbaycan ilə Serbiya arasında 134.6 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Azərbaycan Serbiyaya 120.6 milyon dollarlıq mal ixrac edib. Bu o deməkdir ki, Serbiya ilə ticarət dövriyyəsində Azərbaycanın 106.6 milyon dollarlıq müsbət saldosu var.
16 ölkəyə təbii qaz nəql edən Azərbaycan Avropanın və xüsusən də Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə daha yaxın töhfə verir. Eyni zamanda iqtisadiyyatın fərqli sferalarında, o cümlədən turizimdə, nəqliyyatda sərmayə qoyuluşları sahəsində əməkdaşlığın daha da güclənəcəyi gözlənilir. Bu da ondan xəbər verir ki, cənab Prezidentin səfəri həm də Serbiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin dərinləşməsi və bütövlükdə tərəfdaş Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərimizin güclənməsinə gətirib çıxaracaq. Bu səfər dövlətlər arasındakı münasibətlərdə yeni səhifə açacaq.
Vüqar Bayramov, millət vəkili