Sosial şəbəkədə biz:
Türk dünyası yaxınlaşır, daha da güclənir
Xəbər Şəkli

Türk dünyası yaxınlaşır, daha da güclənir

23 June 2026, 19:08
İqtisadiyyat

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı əməkdaşlıq üzrə 12 sənədin imzalanması iki ölkə arasında münasibətlərdə yeni  mərhələ açacaq. Azərbaycan Prezidenti gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanaraq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyini bildirib. Bu Azərbaycan və Türkmənistan arasında qarşılıqlı milli maraqlara əsaslanan yeni layihələrin reallaşacağı deməkdir.

Ötən il Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 208.3 milyon dollar olub. 2024-cü ildə isə Mərkəzi Asiya dövlətləri arasında 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. 2023-cü ildə isə həmin regionda Azərbaycanın ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub. Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensiala malikdirlər.

Türkmənistan ilə Azərbaycanın nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün geniş prespektivləri var. Bir tərəfdən, orta dəhlizin genişlənməsi, digər tərəfdən Xəzəryanı dövlətlər arasında əməkdaşlığın güclənməsi bu sahədə yeni imkanlar yaradır. Bu sahədəki əməkdaşlıq hər iki dövlətin valyuta gəlirlərini daha da artıracaq.

Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir. Türk dünyası yaxınlaşır, daha da güclənir.

Vüqar Bayramov, millət vəkili