Sosial şəbəkədə biz:

Abşeronda köşkdə aksiz markasız siqaret satan şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satmada təqsirləndirilən Taryel Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, Taryel Babayev 25 iyun 2024-cü il tarixədək olan dövr ərzində istintaqa məlum olmayan mənbədən aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə məcburi nişanlama ilə nişanlanmamış 6 720 manat dəyərində 2 238 qutu tütün məmulatlarını əldə edib. Sonra o, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən köşkdə satış məqsədilə saxlayıb.

 

Taryel Babayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol