Sosial şəbəkədə biz:
Araik Harutyunyan və digərlərinin məhkəmə baxışı başa çatıb
Xəbər Şəkli

Araik Harutyunyan və digərlərinin məhkəmə baxışı başa çatıb

27 December 2025, 09:57
Kriminal

Dekabrın 26-da Bakı Hərbi Məhkəməsində tanınmayan "Dağlıq Qarabağ Respublikası" təmsilçiləri və digərlərinin cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

AZƏRTAC-ın xəbərinə görə, iclasda əvvəlcə təqsirləndirilən şəxslərdən Davit İşxanyan da son söz deyib.

"Özümü təqsirkar hesab etmirəm, mən hansısa cinayət törətməmişəm", - D.İşxanyan çıxışının sonunda söyləyib.

Bundan sonra hakim məhkəmə baxışının başa çatdığını elan edib.

Məhkəmə heyəti müşavirəyə gedib. Müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.