Sosial şəbəkədə biz:

Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 2026-cı il 19–20 dekabr tarixlərində keçiriləcək. Bu barədə "Bakupost"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, test imtahanının qeyd olunan tarixlərdə keçirilməsi imtahan prosesinin səmərəli təşkili üçün zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsinə xidmət edir. İmtahanın keçirilmə tarixi və digər müvafiq mə

Xəbər Şəkli
26 November 2026, 16:34
Kriminal

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi noyabrın 26-da onun barəsində hökm çıxarıb.

72 yaşlı Namizəd Səfərov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. O, ittihamı qəbul etmir və cinayət işinin saxta olduğunu bildirir.

Cinayət işinin materiallarına görə, Günel Əfəndiyeva Namizəd Səfərova müraciət edib. İttihamda iddia olunur ki, Vəkillər Kollegiyasının üzvü olmayan Səfərov vəzifəli şəxslərlə əlaqələri vasitəsilə qadının yenidən işə təyin olunmasına kömək edəcəyini vəd edib və bunun müqabilində ondan 53 min manat alıb. Vədin yerinə yetirilmədiyi iddia olunur.

Namizəd Səfərov isə həbsindən əvvəl Günel Əfəndiyeva ilə görüşmədiyini və ondan pul almadığını deyir.

Noyabrın 19-da keçirilmiş məhkəmə iclasında müdafiə tərəfi həqiqətin üzə çıxarılması üçün 19 vəsatət qaldırmışdı. Vəkillər telefon anten məlumatlarının və kamera görüntülərinin əldə edilərək araşdırılmasını istəmişdilər. Bununla zərərçəkmiş kimi tanınan şəxsin iddia etdiyi vaxtlarda və yerlərdə Namizəd Səfərovla görüşüb-görüşmədiyi müəyyənləşdirilməli idi.

Hakim Mahirə Kərimovanın sədrlik etdiyi kollegiya vəsatətlərin heç birini təmin etməmişdi. Həmin iclasda dövlət ittihamçısı Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Bu gün keçirilən iclasda hökm elan olunub və hüquqşünas 7 il həbs cəzası alıb.

Namizəd Səfərov 2025-ci il dekabrın 9-da həbs olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, qərarı Kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib. Kollegiya isə həmin qərarın qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğunu bildirib.

Namizəd Səfərov 2020-ci ildə Demokratik Qüvvələrin Milli Şurasından istefa verib. O, müxtəlif illərdə deputatlığa və prezidentliyə namizədliyini irəli sürüb, son dövrlərdə isə xaricdəki mühacirlərin yaratdığı Azərbaycan Xalq Parlamentinin üzvü olub.

Hüquqşünas həbsinin siyasi fəaliyyətinə görə olduğunu bildirir.