Sosial şəbəkədə biz:
Bakıda gənc oğlan anasını geyim üstündə ÖLDÜRÜB? - TƏFƏRRÜAT
Xəbər Şəkli

Bakıda gənc oğlan anasını geyim üstündə ÖLDÜRÜB? - TƏFƏRRÜAT

29 August 2025, 09:18
Kriminal

Bakıda oğulun anasını hotel otağında öldürdüyü bildirilir.

Həyat yoldaşından ayrılan Əsmət Qasımova gənc oğlu ilə ötən gün Türkiyədən Bakıya gəliblər.

Onlar birgünlük ''Bakı Beynəlxalq Avtovağzal Kompleksi''nin daxilində yerləşən hoteldə gecələməli olublar.

Oğlu 16 yaşlı Ayxan Qasımlı anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda da geyinməsinə icazə verməyib.

Bu zaman onlar arasında mübahisə yaranıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Xəzər TV