Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxslərin saxlanılıb
Daxili İşlər Nazirliyin (DİN) Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə dabaq xəstəliyinə qarşı dərman preparatlarının saxta nümunələrini hazırlayanlarla bağlı əməliyyat keçirdiyi bildirilib.
Nazirliyin açıqlamasına görə, tədbir zamanı qeyd edilən qanunsuz əməllərə yol verməkdə şübhəli sayılan iki şəxs saxlanıb: "... İnşaatda istifadə olunan rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb".
Vurğulandığına görə, Qaradağ rayonunda yerləşən sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və sair sübutlar aşkarlanıb: "Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib".
İddialara rəsmi açıqlamada adları çəkilən şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.