Deputat Fazil Mustafaya qarşı sui-qəsddə ittiham edilən Azər Səricanovun oğlunun məhkəməsi başlayıb
Əbülfəs Səricanov 2025-ci ilin martında həbs edilib. O, DTX tərəfindən başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 28.277-ci maddəsi (dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) ilə ittiham olunur.
Məhkəməyə hakim Səbinə Məmmədzadə sədrlik edib.
Hüquq müdafiəçisi Arzu Abdulla Meydan TV-yə bildirib ki, məhkəmə zalına Səricanovun yaxınları buraxılmayıb və hakim bununla bağlı heç bir açıqlama verməyib.
“”Əbülfəsin anası və nişanlısı məhkəməyə gəlmişdi. Lakin hakim heç bir açıqlama vermədən onları məhkəmə zalına buraxmadı. Məhkəmə bu maddə ilə qapalı keçirilə bilməz. Biz bundan öncə də eyni maddə ilə mühakimə olunanların məhkəməsində iştirak etmişik. Hakimin belə qərar verməsi qanuni deyil”.