Sosial şəbəkədə biz:
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
Xəbər Şəkli

Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı

05 July 2026, 00:15
Kriminal

Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb.
Qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib.
E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.
Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır.
Qeyd edək ki, Ağcabədi rayon sakini F.Kərimova sevgilisi Kənan Əliyevlə birlikdə Gürcüstana qaçıb. Daha sonra Kənan Əliyev F.Kərimovanın pasportunu cırıb atıb, onun Azərbaycana qayıtmasına mane olub. K.Əliyev hadisədən sonra Azərbaycana qayıdıb. Ölkəsinə qayıda bilməyən F.Kərimova isə Azərbaycanda olan əmisi oğlu E.Əliyevdən kömək istəyib. E.Əliyev Gürcüstana gedərək F.Kərimovu boğaraq qətlə yetirib. O, daha sonra Gürcüstandan Türkiyəyə qaçıb. Oxu.Az