Sosial şəbəkədə biz:
Həbsxanada Nazim Bəydəmirli və Hacı İbrahimin qardaşı arasında nə baş verir?
Xəbər Şəkli

Həbsxanada Nazim Bəydəmirli və Hacı İbrahimin qardaşı arasında nə baş verir?

17 May 2026, 10:22
Kriminal

Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən keçmiş deputat Nazim Bəydəmirli karserə salınıb.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.

F.Bəydəmirli bildirib ki, buna səbəb N.Bəydəmirli və “Nehrəmli Sahib” kimi tanınan Sahib İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır – red) arasında baş verən münaqişə olub: “Sahib İbrahimov Nazim Bəydəmirlini təxribata çəkib. Nazim rəhbərliyə ölçü götürülməsi ilə bağlı bir neçə dəfə müraciət edib. O, mənə telefonda dedi ki, narahat olma, həbsxana dövlətin qanunları ilə idarə olunmalıdır. Sonra Nazim Bəydəmirli karserə göndərilib. Səhhətində ciddi problemlər olduğu halda karseri fikirləşmək belə istəmirəm”.