https://www.yeniavaz.com/az/news/255317/tovuzda-yoldasini-qetle-yetirmekde-subheli-bilinen-erin-meyiti-tapildi#:~:text=Tovuzda%20yolda%C5%9F%C4%B1n%C4%B1%20q%C9%99tl%C9%99%20yetirm%C9%99kd%C9%99%20%C5%9F%C3%BCbh%C9%99li%20bilin%C9%99n%20%C9%99rin%20meyiti%20tap%C4%B1ld%C4%B1
Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
APA-nın məlumatına görə, Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndində istifadəyə yararsız fermanın ərazisində aşkarlanıb. Meyit ağacdan asılı halda tapılıb.