Sosial şəbəkədə biz:
İntim videolarla məşhurlaşan polkovnik azadlığa çıxdı
Xəbər Şəkli

İntim videolarla məşhurlaşan polkovnik azadlığa çıxdı

17 November 2025, 13:58
Kriminal

Fövqəladə Hallar Nazirliyindəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.
O, bir az əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasını günə-gün başa vurub.
Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu. Qafqazinfo