İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək. Xatırladaq ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdı.
Müğənni Elçin Göyçaylı həbs olunub.
Bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.
Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib.
Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnının müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.
Onu da bildirək ki, daha əvvəl Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. FTB inzibati qaydada 25 sutka həbs olunub. Bundan əvvəl isə Bulvarda təşkil olunan reperlərin "battle"ində Epi ləqəbli Əkbər Novruzov saxlanılıb və barəsində 30 sutka həbs qərarı verilib. Reperlərin söyüşə görə saxlanıldığı bildirilir. Axşam.az