Sosial şəbəkədə biz:
Məhkəmədən vəkil Zabil Qəhrəmanov barəsində - QƏRAR
Xəbər Şəkli

Məhkəmədən vəkil Zabil Qəhrəmanov barəsində - QƏRAR

26 October 2025, 08:42
Kriminal

Xuliqanlıq və müvəkkilinə qarşı dələduzluq etməkdə ittiham edilən vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbiri görülüb.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb.
Məhkəmə təqdimatı təmin edib və vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, vəkil Zabil Qəhrəmanov oktyabrın 23- də polis əməkdaşları tərəfindən saxlanılıb.
Zabil Qəhrəmanova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesində Z.Qəhramanovu 9 vəkil müdafiə edib.

Teleqraf