Sosial şəbəkədə biz:
Qarabağ separatçılarının bəzilərinə ömürlük cəza istənilib
Xəbər Şəkli

Qarabağ separatçılarının bəzilərinə ömürlük cəza istənilib

14 November 2025, 08:14
Kriminal

Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikasının prezidenti" olanlar - Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin məhkəməsində noyabrın 13-də prokuror onlara cəza istəyib.

Bakı Hərbi Məhkəməsində prokuror A.Arutyunyana, separatçı qurumun "müdafiə naziri" Levon Mnatsakanyana, "müdafiə nazirinin birinci müavini" Davit Manukyana, keçmiş "xarici işlər naziri" Davit Babayana" və "parlament sədri" Davit İşxanyana ömürlük cəza istəyib.

Digər təqsirləndirilənlərdən A.Qukasyan, B.Saakyan, Madat BabayanMelikset Paşayana isə 20 il cəza istənilib.

Habelə Qarik Martirosyana 19, Davit Allahverdiyana 18 , Levon Balayana 17, Vasili Beqlaryan, Qurqen StepanyanErik Qazaryana da 16 il cəza təklif olunub.

Prokurorlar bildirib ki, A.Qukasyan, B.Saakyan və M.Babayanın yaşı 65-i keçdiyinə görə onlara ömürlük cəza istəmirlər. Azərbaycan qanunvericiliyinə görə, yetkinlik yaşına çatmayan şəxslər, qadınlar və yaşı 65-dən yuxarı olan kişilərə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilməz.

Məhkəmə prosesi noyabrın 27-də davam edəcək. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, daha sonra özləri son sözlərini deyəcəklər.

Məhkəmə önünə çıxarılan həmin 15 nəfərin bir neçəsi bundan əvvəl özünü qismən təqsirli bildiyini deyib, bəziləri isə, ümumiyyətlə, təqsirli bilmədiyini və ittihamları qəbul etmədiyini açıqlayıb.