Sosial şəbəkədə biz:
Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
Xəbər Şəkli

Repetitor SOCAR-a işə düzəltmək adı ilə dələduzluq etdi - MƏHKƏMƏ

29 July 2025, 08:53
Kriminal

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 İttihama görə, Zaur Babayev tanışı, zərərçəkmiş Bakir Əlizadənin (adı, soyadı şərtidir) etibardan sui-istifadə etmə və aldatma yolu ilə ona Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyinə dair yalan vəd verib. O, 2024-cü ilin may ayının əvvəllərində zərərçəkmiş şəxsdən ümumilikdə 600 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

 Xatırlatma: Cinayət materiallarında Zaur Babayevin fərdi qaydada repetitor işlədiyi qeyd edilib. Bakir Əlizadə isə TIR sürücüsü olub.