Sosial şəbəkədə biz:
Rüfət Səfərovun məhkəməsi təxirə salındı
Xəbər Şəkli

Rüfət Səfərovun məhkəməsi təxirə salındı

12 January 2026, 15:25
Kriminal

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun məhkəməsi təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Məlumata görə, müdafiə tərəfi prosesdə iştirak etsə də, məlum olub ki, Penitensiar xidmət hüquq müdafiəçisini məhkəməyə gətirməyib.

Belə ki, hakim məhkəmə prosesini 26 yanvara təyin edib.