Sosial şəbəkədə biz:
Səfərbərlik Xidmətinin rüşvət alan eks-zabitindən xəbər var
Xəbər Şəkli

Səfərbərlik Xidmətinin rüşvət alan eks-zabitindən xəbər var

19 January 2026, 08:42
Kriminal

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.


Şikayət Ali Məhkəmədə araşdırılacaq.


Qeyd: Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.


İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib.


Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.


Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hümbət Nəbiyev 8 il müddətə azadlıqdan məhrum edilib. Pravda