Sosial şəbəkədə biz:
Şəmsi Səmədzadə necə həbs olunub?
Xəbər Şəkli

Şəmsi Səmədzadə necə həbs olunub?

05 February 2026, 08:31
Kriminal

Gürcüstan dövləti tərəfindən saxlanılan tanınmış azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin (Səmədoğlu) həbsinin detalları məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəmsi Səmədzadə və oğlu Niyazi Səmədzadə soydaşlarımızın kompakt yaşadığı Gürcüstan ərazisində gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən ifşa edilib. Azərbaycanlı iş adamı və oğlu yaxın günlərdə Gürcüstan dövləti tərəfindən məhkəməyə çıxarılacaq.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.