Sosial şəbəkədə biz:
Serbiyadakı səfirlik: "Danışıqlar aparılır"
Xəbər Şəkli

Serbiyadakı səfirlik: "Danışıqlar aparılır"

30 October 2025, 14:58
Kriminal

"Bir nəfər vətəndaşımızın saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır".

Bunu Azərbaycanın Serbiyadakı səfirliyi və Monteneqrodakı diplomatik ofisi bildirib.

Qurumun açıqlamasında Monteneqro ərazisində yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarına kütləvi aksiyalardan uzaq durmaq, zərurət yarandığı təqdirdə səfirliklə əlaqə saxlamaq tövsiyə edilir.