Sosial şəbəkədə biz:
Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər
Xəbər Şəkli

Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər

09 July 2026, 13:20
Kriminal

Türkiyədə “Araz Turizm” avtobusunun sürücüsü naxçıvanlı sərnişini döyərək xəstəxanalıq edib. Zərbələr nəticəsində sərnişində beyin qanaması baş verib və o, xəstəxanaya yerləşdirilib.

Hadisənin Kağızman şəhəri, İstanbul-İğdır marşrutu üzrə hərəkət edən avtobusda baş verdiyi bildirilib.

Sərnişinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, mübahisə avtobusun yolda əlavə sərnişin götürmək üçün tez-tez və uzun fasilələr verməsindən sonra yaranıb. Şahidlər sürücünün sərnişini avtobusdan zorla düşürərək döydüyünü bildirirlər.

Qeyd olunub ki, naxçıvanlı sərnişinlər belə hallarla tez-tez rastlaşdıqlarını, saatlarla yolda gözlədildiklərini və alçaldıldıqlarını deyirlər.

BakuPost