Sosial şəbəkədə biz:
Britaniya XİN rəhbəri Vaşinqtonda sülhə doğru atılan addımlara görə Azərbaycan və Ermənistanı təbrik edib
Xəbər Şəkli

Britaniya XİN rəhbəri Vaşinqtonda sülhə doğru atılan addımlara görə Azərbaycan və Ermənistanı təbrik edib

09 August 2025, 12:04
Siyasət

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Azərbaycan və Ermənistanın sülh naminə atdığı addımlardan məmnunluq ifadə edib.

Nazir bu barədə özünün “X” hesabında bəyanat verib.

“Vaşinqtonda sülhə doğru atılan qətiyyətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirəm. Burada ABŞ prezidentinin rolu həyatidir. ABŞ vitse-prezidentinə dediyim kimi, Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır”.