Sosial şəbəkədə biz:
“Bu, Azərbaycanın çoxölçülü xarici siyasətinin göstəricisidir” − Hikmət Hacıyev
Xəbər Şəkli

“Bu, Azərbaycanın çoxölçülü xarici siyasətinin göstəricisidir” − Hikmət Hacıyev

11 October 2025, 08:39
Siyasət

Prezidenti İlham Əliyevin cəmi son on gündə üç sammitdə iştirakı ölkənin dəyişən geosiyasi identikliklərindən irəli gələn çoxölçülü və çoxregional xarici siyasətinin təzahürüdür.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb. 
“Yalnız oktyabrın birinci ongünlüyündə Prezident İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda üç müxtəlif sammitdə iştirak etdi.
- 1–2 oktyabr – EPC, Kopenhagen. Aİ və digər tərəfdaş Avropa ölkələri ilə görüşlər və müzakirələr.
- 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı. Türk Dünyasının həmrəyliyi və birliyi.
- 9–10 oktyabr – Düşənbədə MDB Zirvə toplantısı”, - paylaşımda vurğulanıb.
Hikmət Hacıyev qeyd edib ki, bu intensiv diplomatik fəaliyyət Azərbaycanın müxtəlif istiqamətlərdə tərəfdaşlığa, dialoqa və regional əməkdaşlığa əsaslanan xarici siyasət kursunun bariz nümunəsidir.