Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasını təşkil etməyə hazırdır.
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
"2027-ci ildə Azərbaycanın MDB-də həmsədrliyi barədə qərarın dəstəklənməsinə görə təşəkkürümü bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın sübutu kimi dəyərləndiririk və ümumi vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq", - dövlət başçısı bildirib.