Sosial şəbəkədə biz:

Trampdan rəsmi Bakıya təklif: Ermənistanla sülh və “İbrahim Razılaşmaları”

Trampdan rəsmi Bakıya təklif: Ermənistanla sülh və “İbrahim Razılaşmaları”

ABŞ prezidenti Donald Tramp və komandası diplomatik təşəbbüs olan "Abraham Accords"un ("İbrhim Razılaşması") genişləndirilməsi üzərində işləyirlər.

Yenisabah.az reuters-ə istinadla xəbər verir ki, bunu danışıqlardan xəbərdar olan mənbələr bildirib.

Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri sazişlərin potensial yeni iştirakçıları kimi nəzərdən keçirilir. Bu ölkələrin İsraillə artıq rəsmi əlaqələri olsa da, Tramp iqtisadiyyat, təhlükəsizlik və infrastruktur sahələrində daha sıx əməkdaşlığı təmin edərək, təşəbbüs çərçivəsində onlara formal struktur vermək niyyətindədir. pizza mizza

Rəsmi Bakının iştirakının əsas şərtlərindən biri Ermənistanla sülhə nail olmaqdır. Trampın komandasındakı mənbələr vurğulayıblar ki, prezident Bakı ilə İrəvan arasında mümkün razılaşmanı postsovet məkanında diplomatik arxitekturanın genişləndirilməsində “vacib addım” hesab edir.

Danışıqlara Trampın uzunmüddətli müttəfiqi, onun kampaniyasının xarici siyasət məqsədlərinin həyata keçirilməsində mühüm rol oynamış Stiv Uitkoff rəhbərlik edir. May ayında o, Bakıda olub, prezident İlham Əliyevlə görüşüb.

Həmçinin qeyd edilir ki, Vitkoffa danışıqlarda əvvəllər regional məsələlər üzrə xüsusi elçi postunu tutan Ari Laytstoun kömək edir.

Mərkəzi Asiya ölkələrinin (o cümlədən Özbəkistan və Qazaxıstanın) daxil edilməsi məsələsi ilkin müzakirələr mərhələsindədir.

Tramp administrasiyasının özü şərh verməkdən imtina edib və Azərbaycan nümayəndələri danışıqlar faktını təsdiqləməsələr də, təkzib etməyiblər.

"İbrahim Razılaşmaları" təşəbbüsünün özü bir vaxtlar İsraillə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan arasında münasibətlərin normallaşmasına gətirib çıxardı və Tramp komandası tərəfindən xarici siyasətin əsas uğurlarından biri hesab olunur.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol