Sosial şəbəkədə biz:
40-dan çox yaşayış məntəqəsində vətəndaşlarımızın məskunlaşması həyata keçirilib - DEPUTAT
Xəbər Şəkli

40-dan çox yaşayış məntəqəsində vətəndaşlarımızın məskunlaşması həyata keçirilib - DEPUTAT

18 May 2026, 15:28
Sosial

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı ölkəmizin bu sahədə əldə etdiyi uğurlari qeyd etməklə yanaşı, hökumətin qarşısında duran vəzifələrə, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması məsələsinə xüsusi toxundu.

Bakı WUF13-ə ev sahibliyi etməklə daha bir qlobal uğura imza atdı. Belə ki, 182 ölkədə 40 mindən artıq nümayəndə heyətinə ev sahibliyi etməklə Azərbaycan ən böyük Ümumdünya Şəhərsalma Forumunu təşkil etməkdədir. Bu, 2 il öncə Qahirədə keçirilən və indiyədək ən böyük hesab olunan forumdan daha çox iştirakçısı olan tədbirə ev sahibliyi deməkdir.

Azərbaycan Prezidenti çıxışında 30 illik Ermənistan işğalı zamanı tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinə xüsusi diqqət ayırdı. Azərbaycan Zəfərdən keçən qısa müddətdən işğaldan azad oluna ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayırmaqla 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edib. Nəinki hər ay, hətta hər həftə işğaldan azad olunan ərazilərimizdə məskunlaşan və çalışan vətəndaşlarımızın sayında artım qeydə alınır.

İşğaldan azad edilmiş bölgələrdə artıq 40-dan çox yaşayış məntəqəsində vətəndaşlarımızın məskunlaşması həyata keçirilib. "Böyük Qayıdış" prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma əsaslandırması təsdiq olunub. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma standardlarına uyğun yaxın dövrlərdə 200-ə yaxın şəhər, qəsəbə və kəndin bərpası və yenidən qurulması planlaşdırılır.

Şəhərsalma sahəsində tətbiq edilən yeniliklər, həmçinin imkan verəcək ki, bütövlükdə region Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasından, iqtisadiyyatının inkişafından və reinteqrasiyasından faydalansın. O baxımdan bu gün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət bütövlükdə regionda sülhə və inkişafa xüsusi töhfədir. Bu, bir daha təsdiq edir ki, bölgədə düzəni formalaşdıran Azərbaycan eyni zamanda yeni infrastruktur layihələri ilə regionun iqtisadi inkişafına xüsusi dəstək nümayiş etdirir.

Vüqar Bayramov, millət vəkili