Sosial şəbəkədə biz:
AQTA əməkdaşları qəssablardan rüşvət alıb? – Açıqlama
Xəbər Şəkli

AQTA əməkdaşları qəssablardan rüşvət alıb? – Açıqlama

26 October 2025, 08:51
Sosial

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yasamal rayonundakı qəssabxanalarda monitorinq keçirib.
Baku TV xəbər verir ki, bu zaman AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala yaşanıb.
Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” ,- deyərək etiraz edib.
“Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur”, – deyə qəssab əlavə edib.
AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib:
“Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”.