Sosial şəbəkədə biz:
Azad edilmiş ərazilərdə ötən il tikintiyə 5 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
Xəbər Şəkli

Azad edilmiş ərazilərdə ötən il tikintiyə 5 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI

18 February 2026, 16:34
Sosial

İşğaldan azad edilmiş ərazilərdə tikinti-quraşdırma işlərinə 2025-ci ildə bütün maliyyə mənbələri hesabına 4 milyard 911.2 milyon manat vəsait sərf edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (994.6 mln. 11 min manat), Ağdam ( 740 mln. manat) və Zəngilan (731 mln. manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, ötən il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 226.1 milyon manat vəsait yönəldilib ki, bunun da 16 milyard 18 milyon manatı tikinti- quraşdırma işlərinə sərf edilib. Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 30.7%-ni təşkil edib.

Aşağıdakı diaqramda ötən il azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:

Əlavə edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 465,7 milyon manat vəsait ayrılıb.