Sosial şəbəkədə biz:
Azər Axşamın adına il yarım maaş yazılıb - MƏNİMSƏMƏ
Xəbər Şəkli

Azər Axşamın adına il yarım maaş yazılıb - MƏNİMSƏMƏ

22 May 2026, 18:09
Sosial

Space TV-də aparıcılıq edən tanınmış aktyor və aparıcı Azər Axşam ilə bağlı diqqətçəkən mənimsəmə iddiası ortaya çıxıb.

Azər Axşam təxminən 16 ay əvvəl telekanaldan ayrılsa da, onun əmək müqaviləsinə rəsmi şəkildə xitam verilməyib.

İddialara əsasən, aktyorun adına yazılan əməkhaqqı kartı kanal rəhbərliyi tərəfindən mənimsənilib və maaş vəsaitləri başqa şəxslər tərəfindən istifadə olunub.

Bildirilir ki, Space TV-nin baş direktoru Ayaz Mustafayev tanınmış aktyoru telekanala dəvət edərək məsələ ilə bağlı sorğu-sual edib və onun işdən çıxması ilə bağlı ərizəsini alıb.

Mənbənin iddiasına görə, Vado Karovin və onun kürəkəni Nəriman Əbduləliyev ilə bağlı səsləndirilən mənimsəmə faktları bununla yekunlaşmır.

Belə ki, keçmiş rəhbərliyin onlarla əməkdaşın adına rəsmiləşdirilən maaş kartlarını da nəzarətdə saxladığı və həmin vəsaitləri mənimsədiyi iddia olunur.

Hazırda kanalda adı olub özü olmayan əməkdaşlarla bağlı araşdırmaların davam etdirildiyi bildirilir. gününsesi.info