Sosial şəbəkədə biz:
Azərbaycanda narkomanların sayı artıb - Rəsmi
Xəbər Şəkli

Azərbaycanda narkomanların sayı artıb - Rəsmi

14 August 2025, 08:50
Sosial

Azərbaycanda ilk dəfə narkomaniyaya aludə olanarın sayı bir ildə 1171 nəfər artıb.

Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2024-cü ildə 4967 nəfər narkomaniya diaqnozu ilə rəsmi qeydiyyata düşüb. 2023-cü ildə isə ilk dəfə narkoman kimi qeydiyyata düşənlərin sayı 3796 nəfər olub.

Ümumilikdə ötən il Azərbaycanda 40 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.

2023-cü ildə bu rəqəm 36 659 nəfər təşkil edib.

Narkomaniya ilə yanaşı ötən il tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyata düşüb. Alkoqolizm və alkoqol psixozu ilə xəstəxanaya müraciət edənlərin sayı 2024-cü ildə 9 578 nəfər təşkil edib.