Sosial şəbəkədə biz:
"Azəriqaz" vətəndaşı aldadıb qazsız qoyub?
Xəbər Şəkli

"Azəriqaz" vətəndaşı aldadıb qazsız qoyub?

07 March 2026, 08:12
Sosial

Xırdalan şəhəri, "Mexkalon" adlanan yaşayış sahəsi, Səlahəddin Kazımov küçəsi, 26 ünvanında yaşayan nitq məhdudiyyətli İmdat Məsimov iddia edir ki, 2025-ci ilin sentyabr ayında özünü "Azəriqaz"ın əməkdaşı kimi təqdim edən şəxs ona mexaniki sayğacın smart sayğacla əvəz olunacağını bildirib.

Baku TV-nin məlumatına görə, mexaniki sayğacın sökülərək aparıldığı və sonradan qonşuluqdakı başqa şəxsə satıldığı iddia olunur.

Bundan sonra isə ailənin qaz təminatı dayandırılıb. Ailə artıq 5 aydır ki, qazsız və soyuq şəraitdə yaşadığını deyir. Onların sözlərinə görə, məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

"Mənə deyildi ki, mexaniki sayğac çox yazır, gəl onu smart sayğacla əvəzləyək. Mən də razılaşdım. Daha sonra "Azəriqaz"dan gəlib sayğacı götürdülər və aparıb qonşuya satdılar", - deyə şikayətçi İ.Məsimov bildirib.