Sosial şəbəkədə biz:
Bağlanan özəl universitetin binası BDU-ya verildi
Xəbər Şəkli

Bağlanan özəl universitetin binası BDU-ya verildi

04 March 2026, 08:46
Sosial

Bakı Dövlət Universitetinin (BDU) 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.

Yaxın vaxtlarda həmin fakültələr keçmiş Bakı Asiya Universitetinin binasına köçürülüb.

BDU bu faktı təsdiqləyib. Həmçinin vaxtilə Bakı Asiya Universitetinin yerləşdiyi binanın üzərinə "Bakı Dövlət Universiteti, C korpusu" sözləri yazılıb.

Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək. APA