Sosial şəbəkədə biz:

Bakı küçələrində ölüm “lyuk”ları - FOTOLAR

Bakı küçələrində ölüm “lyuk”ları - FOTOLAR

Bakının mərkəzi küçələrində, xüsusilə də “Neftçilər” metrostansiyasının çıxışında yerləşən piyadaların sıx hərəkət etdiyi ərazidə təhlükəli vəziyyət müşahidə olunur. Elektrik xətlərini örtən plastik qapaqlar sınıb, naqillər açıq havada qalıb. Kənar hissələrində olan döşəmə çökür.

Bu, həm birbaşa naqillər ilə təmas riskini artırır, həm də qaranlıqda piyadaların yıxılıb zədə alması ehtimalını yüksəldir. Həmin ərazilərdə dərəyə yıxılmaq təhlükəsi də ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı memar, professor Cahid Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, paytaxt ərazisində bu cür “lyuk” adlandırılan texniki qapaqlar əvvəllər yol kənarlarında və ya hündür hissələrdə yerləşdirilirdi. Lakin son dövrlərdə, görünür, büdcəyə qənaət məqsədilə bu örtüklər dəmir əvəzinə keyfiyyətsiz plastikdən hazırlanır.

Memarın sözlərinə görə, günəş, istilik, soyuq və su kimi amillərin təsiri ilə plastik örtüklər tez bir zamanda deformasiyaya uğrayır və qırılır:

“Belə qapaqlar plastik ola bilər, lakin keyfiyyətli və dözümlü materialdan istifadə edilməlidir. Piyadalar üçün böyük təhlükə yaradan bu qapaqlar normativlərə uyğun şəkildə tənzimlənməlidir”.

Cahid Həsənov əlavə edib ki, şəhər ərazisində bu cür potensial təhlükə yaradan sahələr üzrə daimi monitorinqlər aparılmalı, təhlükə şəraiti yaradan hallar dərhal aradan qaldırılmalıdır:

“Bu qutular nadir hallarda monitorinq olunur. Qırılmış qapaqlar isə günlərlə, hətta həftələrlə olduğu kimi qalır. Neçə nəfər bundan zərər çəkir və bu statistikaya baxılmır. Qaranlıqda yox, günün günorta çağı belə insanlar həmin dəliklərə düşüb xəsarət alırlar. Bundan başqa, insanları elektrik cərəyanı vurması təhlükəsi də var”.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol